DİN Göyçayda ahıl kişinin döyülməsinə münasibət bildirib

Baxılıb:179
DİN Göyçayda ahıl kişinin döyülməsinə münasibət bildirib

Ötən gün sosial şəbəkələrdə ahıl kişinin su üstündə gənc şəxs tərəfindən döyulərək videogörüntülərin tiktok sosial şəbəkəsində paylaşılması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Şəki Regional qrupundan AzTimes.az-ın sorğusuna cavab olaraq bildirilib:

Göyçay rayonunda çəkilərək sosial şəbəkələrdə paylaşılan videogörüntülər araşdırılıb. Araşdırma zamanı həmin şəxslər arasında əkin sahəsinin suvarılmasına görə mübahisə yarandığı məlum olub. Onlar ərazi polis orqanına dəvət edilib və izahatları alınıb. Döyüldüyü iddia olunan şəxs hər hansı bir şikayət və ya tələbinin olmadığını bildirib. Hazırda məsələ ilə bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.


Abunəlik