Avropa hava məkanını türk aviaşirkətinə BAĞLADI

Baxılıb:111
Avropa hava məkanını türk aviaşirkətinə BAĞLADI

Avropa İttifaqı Antalyada yerləşən “Southwind Airlines” aviaşirkətinə Rusiya ilə əlaqəsi olduğunu iddia edərək Avropa hava məkanından keçməsini qadağan edib.

“Southwind Airlines” Almaniyanın Berlin, Düsseldorf, Frankfurt, Hamburq, Münhen və Ştutqarta uçmağı planlaşdırıb.

Bundan əlavə, Yunanıstan da uçuş proqramına daxil edilib. Avropa mediası “Aerotelegraph.com”-a istinadən xəbər verir ki, Finlandiya Aviasiya Təşkilatının apardığı araşdırma, “Southwind”-in əksəriyyətinə sahiblik və faktiki nəzarətin Türkiyə vətəndaşları deyil, rusların olduğunu üzə çıxarıb.

Nəticədə Finlandiya Türkiyə aviaşirkətinə Antalya ilə Helsinki arasında uçuş icazəsi verməyib. Bundan başqa digər Avropa ölkələrinin özlərinin necə qərar verəcəyi sualı da ortaya çıxıb.


Abunəlik