Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq – XƏBƏRDARLIQ

Baxılıb:102
Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq – XƏBƏRDARLIQ

Mütəxəssislər havaların istiləşməsi ilə ağcaqanad, ev milçəyi, tarakan və gənə kimi həşəratların təhlükə saçacağı ilə bağlı xəbərdarlıq ediblər.

Prof. Dr. İzzet Akça havaların isinməyə başladığı aprel və may aylarında həşəratların aktivləşdiyini bildirib.

Professor bu həşəratların fil xəstəliyi, malyariya, KKKA kimi xəstəliklərin daşıyıcısı olduqlarını xatırladıb.

“Ona görə də bu aydan başlayaraq həşəratlara qarşı ciddi tədbir görməliyik. Xəstəlik daşıyıcıları ilə mübarizəyə havanın temperaturu kəskin artmadan başlamaq lazımdır. İnsan sağlamlığına təhlükə yaradan infeksiyaları daşıyan canlılara qarşı bataqlıqlarda, otlaqlarda, parklarda, zibilliklərdə tədbirlər görülməlidir. İlk növbədə gölməçələr qurudulmalıdır. Ağcaqanadlar may və iyundan sonra daha çox aktivləşir. Sentyabr-oktyabr aylarına qədər mübarizəni davam etdirməliyik”, – deyə o vurğulayıb.


Abunəlik