Alimlərdən XƏBƏRDARLIQ: toz fırtınası özü ilə BƏLA GƏTİRİR

Baxılıb:127
Alimlərdən XƏBƏRDARLIQ: toz fırtınası özü ilə BƏLA GƏTİRİR

Texas A&M Universitetinin amerikalı alimləri müəyyən ediblər ki, dünyanın ucqar bölgələrində baş verən toz fırtınaları müxtəlif allergenləri çox uzun məsafələrə daşıya bilir və onların digər qitələrə çatmasına şərait yaradır.

Tədqiqat “Environmental Science & Technology” (EST) elmi jurnalında dərc olunub .

Nümunələrin təhlili göstərib ki, küləklə birlikdə Sahara səhrasından gələn bakteriya və göbələklər Atlantik okeanını keçərək Şimali Amerikaya düşə bilirlər.

Tədqiqatçılar filtrlərdən istifadə edərək toplanmış mikroorqanizmlər cəmiyyətinin DNT-sini tədqiq ediblər. Genom ardıcıllığı 117 ailədən bakteriya və 164 ailədən olan göbələkləri aşkar edib. Onların arasında Ümumdünya Səhiyyə Təşkilatının müxtəlif infeksiyaların patogenlərinin qlobal siyahısına daxil edilmiş bir neçə patogen olub.

Bakteriyaların və göbələklərin müxtəlifliyi bir neçə elementlə, xüsusən də kalsium və sirkoniumla sıx bağlıdır.

Alimlər deyirlər ki, iqlim dəyişdikcə toz fırtınaları daha tez-tez baş verəcək, yəni dünyanın müxtəlif bölgələrində yaşayan insanlar küləklə ötürülən müxtəlif patogenlərə getdikcə daha çox məruz qalacaqlar.


Abunəlik