Azərbaycan 4 kəndi götürəcək və İrəvana… – Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Baxılıb:84
Azərbaycan 4 kəndi götürəcək və İrəvana… – Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Ötən cümə günü axşam saatlarında Ermənistanın baş nazir Nikol Paşinyan Milli Assambleyada “Vətəndaş paktı” fraksiyasının deputatları ilə növbəti qapalı görüşü keçirib.

Görüş geniş tərkibdə keçirilib, hökumətin demək olar ki, bütün üzvləri, hətta Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan da iştirak edib.

İki saata yaxın davam edən görüş gərgin şəraitdə keçib. Əvvəlcədən planlaşdırılan görüş Ermənistanın Aİ üzvlüyünə namizəd olmaq üçün müraciətinin, daha doğrusu, növbəti seriyasının müzakirəsi ilə bağlı olmalı idi, amma Tavuşun dörd yaşayış məntəqəsinin gündəmə gəlməsi ilə həm birinci, həm də ikinci məsələlər müzakirə edilib.

Nikol Paşinyan açıq mətnlə etiraf edib ki, qısa müddət ərzində birtərəfli güzəşt olacaq. O, kobud şəkildə eyham vurub ki, yaxın günlərdə üçüncü ordu korpusu həmin ərazilərdən çıxarıla, Azərbaycanın 4 yaşayış məntəqəsi öz sahiblərinə qaytarıla bilər. Əks halda Azərbaycan müharibə ilə qalib gələcək.

Bəzi deputatlar bildiriblər ki, kəndləri bu yolla yox, müharibə yolu ilə vermək daha yaxşıdır, çünki birinci halda xalqın etirazı ola bilər. Paşinyan bildirib ki, o, belə yolu istəmir, çünki Azərbaycan nəinki hərbi yolla mənsub olduğu əraziləri ala bilər, hətta Loriyə, İrəvana da çatar.

Çıxış edən deputatlar prosesin proporsionallıq prinsipi ilə aparılmasını təklif ediblər. Ancaq Nikol Paşinyan çarəsiz halda etiraf edib ki, onlar Azərbaycana məsələni bu yolla həll etməyi təklif ediblər, lakin müsbət cavab alacaqlarına ümid etmirlər.

İkinci mövzunun müzakirəsi zamanı daha qızğın mübahisə baş verdi. Komanda yoldaşlarının çıxışlarını dinləyən Nikol Paşinyan ağrı və təəssüf hissi ilə qeyd edib ki, Aİ üzvlüyünə namizədliyin təqdim olunması ilə bağlı konsensus formalaşmır və bu, Ermənistanın inkişafını bir neçə dəfə ləngidir.

Məlumata görə, bu məsələnin müzakirəsi zamanı iki əks qütb formalaşıb: Qriqoryançılar və Paşinyançılar. Birinci qanad təmsilçilərinin əsas arqumenti iqtisadi amillər olub. Ermənistanın Rusiyadan bu yöndə tam asılı olduğu vurğulanıb, bildirilib ki, kənd təsərrüfatı məhsulları üçün əsas bazar Rusiyadır. Üstəlik, Ermənistan Avropa bazarlarının standartlarından uzaqdır. Paşinyan bu məsələdə də qətiyyətli olub, deyib ki, biz Rusiya bazarını Ermənistan fermerlərinə və təsərrüfat subyektlərinə bağlayacağıq, onlar yüksək keyfiyyətli məhsul təqdim etməli olacaqlar.


Abunəlik