Ermənilər Qazaxın kəndində müharibəyə hazırlaşır – Silahlanma başladı

Baxılıb:91
Ermənilər Qazaxın kəndində müharibəyə hazırlaşır – Silahlanma başladı

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın Əskipara kəndində məskunlaşan ermənilərlə görüşündə Azərbaycana məxsus olan kəndlərin qaytarılacağını deyib və bu ssenariyə hazırlaşmaq tapşırığı verib. Kənddə məskunlaşan ermənilər isə bununla razılaşmır, onlar hətta döyüşəcəklərini bildirirlər.

Ermənistan mediası ermənilərin Paşinyanla görüşdən sonra silahlanmağa başladığını yazır.

Kənddə yaşayan ermənilər silaha sarılacaqlarını bildirirlər.

“Buradan çıxmayacağıq, ya öləcəyik, ya yaşayacağıq. Kənddə hər kəs belə düşünür. Sona qədər döyüşəcəyik”, – ermənilər bildirib.

“Pastinfo” yazır ki, erməni əhalisi Paşinyanla görüşdən narazı qalıb.

“Orada məskunlaşan ermənilərin əksəriyyəti görüşə gəlməyiblər, çünki nə deyiləcəyini bilirdilər. Kənddə əhval-ruhiyyə yoxdur, getmək istəmirlər, silahlanaraq, döyüşəcəklərini, çıxmayacaqlarını deyirlər”, – sayt yazır.


Abunəlik