Paşinyandan dörd kəndlə bağlı qərar: “Dərhal…”

Baxılıb:88
Paşinyandan dörd kəndlə bağlı qərar: “Dərhal…”

Baş nazir Nikol Paşinyan bu gün Tavuşda olarkən sakinlərə bildirib ki, 4 kənd dərhal Azərbaycana təhvil verilməlidir, əks halda müharibə olacaq.

Bunu Ermənistan parlamentinin deputatı Qarnik Danielyan deyib.

“Nikol Paşinyan bu gün Tavuşa gözlənilməz səfər edib. Voskeparda bölgə sakinləri, vilayət qubernatoru və kəndlərin rəhbərləri ilə görüşdə Paşinyan söyləyib ki, 4 kənd dərhal Azərbaycana təhvil verilməlidir, əks halda müharibə olacaq”, – deputat qeyd edib.

Danielyanın iddiasına görə, baş nazir kəndləri Azərbaycana təhvil verməkdən başqa çıxış yollarının olmadığını bildirib:

“Paşinyan konkret tarixlər deməsə də, əldə etdiyim məlumata görə, səfərin məqsədi prosesi sürətləndirməkdir”.

Söhbət Qazax rayonunun Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərindən gedir. (Teleqraf.com)


Abunəlik