Karantin, jurnalist, dönərxana…

Baxılıb:213
Karantin, jurnalist, dönərxana…

Ölkədə xüsusi rejimli karantin vəziyyətinin elan olunması jurnalistlərin də peşə əaliyyətinə əngəllər yaradıb.
AzTimes.az xəbər verir ki, onlarla müstəqil fəaliyyət göstərən jurnalist rayonlarda qalıb, Bakıya geri dönə bilmirlər. Bu jurnalistlərdən biri də Ayna.az saytının əməkdaşı Mərahim Nəsibdir. Mərahim Nəsib hazırda Ağdaş rayonunun Yuxarı Ləki kəndində öz xəbərlərini istehsal edərək oxucularına çatdırır. Lakin müxtəlif əziyyətlərlə:
“Neçə gündür yaşadığım kənddə işıqlar sönür və bu problem tez-tez yaşanır. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm amma heç bir faydası yoxdur. Kafe, restoranlar bağlı olduğu üçün heç bir çıxış yolum da yoxdur. Kəndin interneti isə demək olar ki, bərbaddır. Məcbur qalıb dostumun “dönərxanası”na gəlmişəm. Burada internet zəif olsa da, var. Dönərxana kəndin mərkəzində, əhalinin sıx olduğu ərazidə yerləşir. Maşınların səs-küyündən isə nə xəbər səsləndirə, nə də açıqlama, müsahibə ala bilirəm. Qalmışam Allahın ümidinə.”/baxar


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir