İrəvanda Paşinyanın istefası tələbi ilə mitinq keçiriləcək
Martın 13-də “Birgə” hərəkatı İrəvanda Baş nazirin istefası tələbi ilə mitinq keçirəcək.
Bu barədə hərəkatın üzvü, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan jurnalistlərlə görüşündə bildirib.
O, mitinqin saat 18:00-da Azadlıq meydanında baş tutacağını qeyd edib.
Baqratyan bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi labüdləşir.