Yüksək qan təzyiqini dərmansız necə salmaq olar? — Bədənimizdəki “sehirli nöqtələr”
Yüksək qan təzyiqini dərman istifadə etmədən azaltmağın bir yolu da gimnastika ilə məşğul olmaqdır.
Mütəxəssislərin fikrincə, bu, qan təzyiqini normallaşdıra bilər.
Qan damarları ürək kimi qanı vuran əzələlərdir. Onlar istirahət etməli və gərginləşməlidirlər. On görə də, masaj və statik-dinamik hərəkətlərin köməyi ilə əzələ və sinir sistemləri vasitəsilə onlara təsir etmək lazımdır.
Eyni zamanda əldəki bəzi nöqtələri sürtmək də köməyə gələ bilər. “Bu, sol əlin baş və şəhadət barmağı arasındakı nöqtədir. Onu tapırıq 15-2- saniyə sürtərək yumşaldırq. Daha bir neçə nöqtə var: dirsəkdən aşağıya doğru uzanan, ürək yolu və çiyin birləşməsinin bölgəsindəki nöqtələr. Dirsək birləşməsindən bir az aşağıya enin, orada mütləq ağrı nöqtəsi tapacaqsınız. 15-20 saniyə sürtün. Sonra çiyin birləşməsinin sahəsinə baxırıq. Bir dəqiqəlik fasilələrlə 15-20 saniyə masaj edin və 10-15 dəqiqədən sonra siz təzyiqi azaldacaqsınız”, – mütəxəssislər bildirir.
Yüksək təzyiqlə fiziki məşqlər etmək olmaz. Belə bir texnikadan yararlanmaq olar: stulda oturun, ayaqlarınızı uzadın, üçə qədər sayaraq barmaqlarınızı özünüzə çəkin. Sonra iki dəqiqə istirahət edin, rahatlayın, nəfəs alın və təkrarlayın. Bu, qan axını normallaşdırmağa və damarlarda təzyiqi azaltmağa kömək edir. Mütəxəssislər bu məşqləri gündə iki dəfə 5-7 dəqiqə etməyi tövsiyə edir.
Təzyiq kəskin şəkildə yüksəlirsə, təcili yardım çağırmaq daha yaxşıdır.