Sülh sazişində yeni bənd: İrəvan Bakıya milyardlar verəcək
“Azərbaycan sülh müqaviləsinə təzminat məsələsini də daxil etmək istəyir”.
Bu barədə erməni politoloq Davit Karapetyan deyib.
D.Karapetyan qeyd edib ki, indiyə qədər rəsmi Bakının tələbləri haqda müəyyən məlumatlar mövcuddur: “Bu, 8 kəndin qaytarılması, Zəngəzur dəhlizinin açılması, yaxud Naxçıvana maneəsiz keçidin təmin edilməsi, Qərbi Azərbaycan məsələsi və s. Sülh müqaviləsinə təzminat bəndinin daxil edilə biləcəyi haqda da ciddi məlumatlar mövcuddur”.
Qeyd edək ki, Azərbaycanın işğal dövründə sərvətimizi və maddi-mədəni irsimizi taladığı, şəhərləri, qəsəbələri, kəndləri viran qoyduğu üçün Ermənistana təzminat davası açması aktual məsələlərdəndir. Burada söhbət yüz milyardlarla dollar dəyərində dəymiş ziyandan gedir.
Davit Karapetyan hesab edir ki, Ermənistan hakimiyyətinin apardığı siyasət Azərbaycanın təzminat tələbinin qəbul edilməsi ilə nəticələnə bilər.