Məcburi qaçırıldı,ailəsi imtina etdi-15 yaşlı ” gəlinciyin” HEKAYƏSİ/VİDEO
AzTimes.az xəbər verir ki,15 yaşlı qız cinsi və fiziki zorakılığa məruz qalıb.
Azyaşlı 28.02.2024-cü il tarixində yaşadığı evdən qaçaraq “Azərbaycan Uşaqları” Ictimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə gəlib.
Əməkdaşlarımız tərəfindən dərhal hadisə ilə bağlı 102 qaynar xətti və ərazi üzrə polis idarəsinə ,Sosial Xidmətlər Agentliyinə məlumat verilərək uşağın təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının qorunması məqəsədi ilə azyaşlı müvəqqəti olaraq “Azərbaycan Uşaqları” Ictimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib.
İlkin qiymətləndirmə zamanı uşağın üzündə,göz və boyun nahiyəsində göyərmə izləri, fiziki zorakılıq əlamətləri müşahidə olunub.Azyaşlının dediklərinə əsasən cinsi zorakılıq Qax rayonu, fiziki zorakılıq hadisəsi isə Bakının Suraxanı rayonu ərazisində baş verib.
Hal-hazırda uşaq ilkin tibbi müayinələrdən keçirilir.