Ermənistan cinayətini etiraf etdi: bu işlər Araz çayının məcrasını dəyişib

Baxılıb:138
Ermənistan cinayətini etiraf etdi: bu işlər Araz çayının məcrasını dəyişib

Qeyri-qanuni qum hasilatı Araz çayının məcrasında dəyişikliklərə səbəb olub.

Bu barədə Ermənistan İstintaq Komitəsinin məlumatında deyilir.

Bildirilir ki, ümumilikdə bu il yanvarın 20-nə olan məlumata görə, qanunsuz karxanalardan 1 milyon 670 min kubmetrə yaxın qum və çınqıl hasil edilib. Dövlətə 613,4 milyon dram və ya 1 milyon 510 min ABŞ dolları məbləğində ziyan dəyib, bunun da 80 milyona yaxını (təxminən 200 min dollar) geri qaytarılıb.

Bir sıra hallarda torpağı becərmək və ya balıq gölləri salmaq bəhanəsi ilə mədən hasilatı aparılıb. İki halda bu qanun pozuntularına göz yuman bələdiyyə məmurları da cinayət məsuliyyətinə cəlb olunublar.

Ətraf mühitə dəyən zərərin qiymətləndirilməsi üçün ekspertiza təyin edilib, lakin onların tam nəticələri hələ hazır deyil. Buna baxmayaraq, müəyyən edilib ki, bəzi hallarda mədənçilik Araz çayının məcrasının dəyişməsinə, digərlərində isə sahilyanı kənd təsərrüfatı torpaqlarının deqradasiyasına səbəb olub.

Artıq 5 nəfərə qarşı ittiham aktı məhkəməyə təqdim edilib, qalan işlərin istintaqı davam etdirilir.


Abunəlik