Bakıda Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş fləşmob keçirilib

Baxılıb:115
Bakıda Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş fləşmob keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş ümumilikdə paytaxtdan olan beş minə yaxın tələbənin iştirakı ilə “NEVER FORGET!” adlı fləşmob keçirilib.

Bu barədə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından (ATGTİ) məlumat verilib.

Bildirilib ki, fləşmobun başlıca məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək və Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq olub.

“Heç Vaxt, Unutmayacağıq!” şüarı ilə reallaşan fləşmobda tələbə gənclərdən ibarət formalaşdırılan “NEVER FORGET!” kompozisiyası bəşəriyyətə qarşı yönəlmiş bu hərbi cinayətin hər zaman yaddaşlarda qaldığına işarə edib.

Dəniz Kənarı Bulvar ərazisində həyata keçirilən fləşmob və onun tərkib hissəsi olan kompozisiya şəhər sakinlərinin marağına səbəb olub.


Abunəlik