Ermənistan əcnəbilərin ölkəyə girişinə qadağa qoydu
Ermənistan koronavirusun yayılmasının qarşısını almaq üçün bütün əcnəbilərin respublikaya girişinə qadağa qoyub.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Açıqlamada deyilir ki, fövqəladə vəziyyət rejimi haqda çıxan qərara dəyişiklik edilib. Bu isə haradan gəlməsindən asılı olmayaraq bütün xarici vətəndaşların Ermənistana daxil olmalarını qadağan edir.
AzTimes.az