Fransız jurnalistdən Paşinyana sual: “Əliyevə güvənirsinizmi?”

Baxılıb:150
Fransız jurnalistdən Paşinyana sual: “Əliyevə güvənirsinizmi?”

Ermənistanın baş naziri Nikol Paşinyan “Frans 24” telekanalına müsahibə verib.

Paşinyan jurnalist Mark Perelmanın suallarını cavablandırıb.

Perelman ona tezliklə sülh sazişi əldə etmək mümkündürmü? sualını verir. Paşinyan isə bildirir ki, bu yolda bəzi problemlər var.

Daha sonra fransız jurnalist Paşinyandan Azərbaycan Prezidenti İlham Əliyevə güvənib-güvənmədiyini soruşur. Ermənistan baş naziri isə belə cavab verir: “Düşünürəm ki, münasibətlərimizin tarixi artıq dərin inamsızlığın əsasıdır. Bizim bir-birimizə güvənib-güvənmədiyimizi Azərbaycan liderindən və ya məndən soruşmağın mənası yoxdur. Amma problem onda deyil, problem bunlarla bağlıdır: biz kiçik addımlarla inam yaradacağıq? Məhz inam yaradılması prosesində çətinliklərimiz var”, – Paşinyan bildirib.

Sonra Mark Perelman sual verir: Bəs siz onun buna hazır olmadığını düşünürsünüz? Sülhə hazır olduğunu deyəndə, doğrudanmı müharibəyə hazırlaşır? Bunu nəzərdə tutursunuz?

Paşinyan belə cavab verib: “Demək istəyirəm ki, bəli, belə bir təəssürat var. onlardan soruşsanız, onlar da deyəcəklər ki, bizə etibar etmirlər, amma söhbət bundan getmir. Söhbət başqa şeydən gedir: addım-addım, daha böyük addımlarla inam yaratmaq olarsa, bir-birimizin sözünə qarşılıqlı inanmağa hazırlaşırıqmı. Azərbaycan lideri diplomatik təmaslar zamanı bəyan edir ki, onların hücum etmək niyyəti yoxdur. Problem ondadır ki, bir daha təkrar edirəm: bir çox analitikə belə qənaətə gəlmək üçün əsas verən ictimai müzakirə, sonra əməli işlər və yerlərdə baş verən proseslərdir. Bəzən bunun niyə belə olmadığına etiraz etmək və əks arqumentlər gətirmək çox çətindir”.


Abunəlik