Gənclərdə infarkta səbəb olan virus xəstəliklərilə necə mübarizə aparmalı? – Kardioloqdan məsləhətlər

Baxılıb:184
Gənclərdə infarkta səbəb olan virus xəstəliklərilə necə mübarizə aparmalı? – Kardioloqdan məsləhətlər

Son illərdə görülən müxtəlif viruslar ürək-damar sağlamlığına mənfi təsir göstərir.

Virusa yoluxan gənclərdə ürək çatışmazlığı və ani infarkt riski artır. Xüsusilə də, bir dəfədən çox koronavirusa yoluxanlar risk altındadırlar.
Kardiologiya uzmanı Prof. Dr. Selen Yurdakulun sözlərinə görə, virus mənşəli xəstəliklər həm ürək əzələsini, həm də damarları zədələyir. Ən çox müşahidə edilən təsirlərdən biri də ürək çatışmazlığıdır. Virus mənşəli xəstəliklər, həmçinin ani infarktlara səbəb olur, ya da aritmiya yaradır.

RSV (respirator sinsitial virus) və donuz qripinin son bir neçə ildə çox tez-tez müşahidə edildiyinə diqqət çəkən Prof. Dr. Yurdakul bildirib:

“RSV uşaqlarda çox rast gəlinən bir virusdur. Ritmin pozulmasına və ani ürək-damar tıxanmasına səbəb olur. Donuz qripi də ciddi xəstəliklərə gətirib çıxarır. Xüsusilə xroniki xəstəlikləri olan insanlarda, tütün məmulatlarından istifadə edənlərdə və daha böyük yaş qruplarında çox ağır keçir. Hətta ölümlə nəticələnə bilir”.

Bir dəfə belə “Covid” keçirənlərdə infarkt riskinin daha yüksək olduğuna diqqət çəkən Prof. Dr. Yurdakul “Koronavirusun damarın daxili səthinə yerləşərək ürək əzələsinə mənfi təsir edərək ürək çatışmazlığına səbəb olur. Bədəndəki bütün damarlarda laxtalanmaya səbəb olan “Covid” ürək sağlamlığı üçün də böyük risk yaradır. “Covid”ə bir dəfədən çox yoluxanlar, xəstəliyi ağır keçirənlər və xroniki xəstəlikləri olanlar risk qrupundadır. Onlar mütləq ürək müayinələrini mütəmadi olaraq etdirməlidirlər”, – deyə əlavə edib.

Pr. Dr. Yurdakul ürəyi virusların hücumundan qorumaq üçün məsləhətlər də verib:

– Xroniki böyrək çatışmazlığı və ya ürək çatışmazlığı yoxdursa, gündə ən azı 1,5-2 litr su içilməlidir.
– Gəzmək, aktiv qalmaq vacibdir.
– İstirahət etməli olduğunuz dövrlərdə dincəlin.
– Yuxu rejiminə əməl etmək, ən azı 6-7 saat yatmaq lazımdır.
– Əlverişsiz hava şəraitində çöldə olduğunuz zaman, spazmlara səbəb olmamaq üçün sinə bölgəsini qorumaq lazımdır.
– Qrip, pnevmoniya və Covid peyvəndi vurdurmaq vacibdir.
– C vitamini və D vitamini səviyyənizi yoxladın. Qanda D vitamininin səviyyəsi immunitet sistemi üçün böyük əhəmiyyət kəsb edir. – Xüsusilə virus xəstəliklərinin artdığı dövrlərdə immunitet sistemini gücləndirmək üçün C vitamini də qəbul etmək lazımdır.
– Həkiminizin tövsiyə etdiyi müayinələrdən vaxtı-vaxtında keçin.


Abunəlik