Şagirdlərin əxlaqsız hərəkətinə məktəb direktorundan REAKSİYA

Baxılıb:157
Şagirdlərin əxlaqsız hərəkətinə məktəb direktorundan REAKSİYA

156 nömrəli məktəbin 11-ci sinif şagirdi olan qız 9-cu sinifdən məzun olan qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Həmin video sosial şəbəkələrdə yayılandan sonra aidiyyəti qurumlar və məktəb tərəfindən dərhal reaksiya verilib.

Bu sözləri 156 saylı məktəbin direktoru Gülər İsmayılova sosial şəbəkələrdə yayılan məlum videoya münasibət bildirərkən deyib.

O bildirib ki, hadisə yanvarın 17-də məktəbdən kənarda baş verib:

“Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb. Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub. Aidiyyəti üzrə şagird və valideynlərin izahatı alınıb. Baş verən hadisə ilə bağlı araşdırma davam edir. Məktəblilərin müvafiq davranış qaydalarına əməl etmələri, eləcə də uşaqların ictimai yerlərdə davranışı ilə bağlı uşaqlar və valideynlərlə davamlı maarifləndirici söhbətlər aparılır”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, BŞTİ tərəfindən şagirdin uyğunsuz hərəkətləri ilə bağlı müvafiq araşdırma aparılır:

“Məsələ nəzarətə götürülüb, araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”, – B.Məmmədov vurğulayıb.


Abunəlik