Bu gün Milli Məclis baş nazirin təyin edilməsinə razılıq məsələsinə baxacaq

Baxılıb:110
Bu gün Milli Məclis baş nazirin təyin edilməsinə razılıq məsələsinə baxacaq

Bu gün Milli Məclisin iclası keçiriləcək.

İclasda Prezident İlham Əliyevin baş nazirin təyin olunması üçün təqdimatına baxılacaq.

Qeyd edək ki, Milli Məclis Azərbaycan Prezidentinin təqdimatına əsasən Azərbaycan baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verir.

Bildirək ki, Azərbaycanda Nazirlər Kabineti 2024-cü ilin fevralın 14-də istefa verib. Bu, növbədənkənar prezident seçkisindən sonra tələb olunan prosedurla əlaqədardır.


Abunəlik