Daha bir qadın güləşçimiz Avropa çempionu oldu
Azərbaycanın daha bir qadın güləşçisi Alyona Kolesnik Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
59 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada Alina Filipoviçlə (Ukrayna) üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kolesnik karyerasında ilk dəfə qitə çempionatında qızıl medal əldə edib.
Daha əvvəl Mariya Stadnik (50 kq) 10-cu titulunu rəsmiləşdirib.
Bu gün mübarizəyə qoşulan Jalə Əliyeva (57 kq) 1/4 finalda, Birgül Soltanova 1/8 finalda, Elis Manolova (65 kq) isə yarımfinala məğlub olub. Manolova sabah bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutub.