Ermənistan hakimiyyəti Parisin mərkəzində 23 milyona mülk alır

Baxılıb:104
Ermənistan hakimiyyəti Parisin mərkəzində 23 milyona mülk alır

Ermənistan hakimiyyəti Parisdəki səfirlik üçün 23 milyon avro dəyərində bina almağı planlaşdırır.

Sövdələşməni rəsmiləşdirmək üçün 10% – 2,3 milyon avro avans ödəmək lazımdır – müvafiq layihə Ermənistan hökumətinin fevralın 15-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Bina Parisin 16-cı kvartalında yerləşir və tarixi dəyərə malikdir. O, Fransanın keçmiş prezidenti Valeri Jiskar d’Estenə məxsus olub.

Xarici İşlər Nazirliyi binanın real dəyərinin xeyli yüksək olduğunu iddia edir.

Bütün əməliyyat prosesi 3-4 ay çəkəcək.

Bundan əvvəl Ermənistan Londonun mərkəzində, Vestminsterdəki Müqəddəs Ceyms meydanında yeni səfirlik binası alıb. Onun alınması 17 milyon 380 min funt-sterlinqə (8 milyard dramdan çox) başa gəlib.


Abunəlik