Əhaliyə spirtlə bağlı ciddi xəbərdarlıq
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi apteklərdə satışda olan spirtlə bağlı əhaliyə müraciət edib.
AzTimes.az xəbər verir ki, müraciətdə, apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyyə olunur: “Adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir. Əhalini diqqətli və ehtiyatlı olmağa çağırırıq!”