Türkiyədən mühüm AÇIQLAMA: Zəngəzur dəhlizi üçün geri sayım başladı
Ankara və Bakı Zəngəzur dəhlizinin açılmasına çox yaxındır.
Bu barədə Türkiyənin “Haber7” portalında yayımlanan “Türkiyəsiz nizam qalmayıb” adlı məqalədə qeyd olunub.
Bildirilib ki, İran prezidenti İbrahim Rəisinin Ankara təmasları zamanı iqtisadi əlaqələrlə yanaşı, regional məsələlər də müzakirə edilib. Tərəflər arasında 10 müqavilə imzalanıb. Bölgədə hər iki dövləti narahat edən ən mühüm hadisə Azərbaycanın Qarabağda qələbəsi və bu qələbənin nəticələridir.
“Həm Ankara, həm də Bakı Zəngəzur dəhlizinin açılması üçün geri sayıma başlayıb. Gec-tez istifadəyə veriləcək. Türkiyəni türk dövlətləri ilə quru yolu ilə birləşdirəcək bu dəhliz İranı narahat etsə də, Tehranın öz maraqları naminə Ankara ilə ortaq məxrəcə gəlməsi vacibdir”.