Qış fəslində yaz havası: əlverişlidir, yoxsa ziyanlı?

Baxılıb:142
Qış fəslində yaz havası: əlverişlidir, yoxsa ziyanlı?

Bir necə gündür ki, ölkə ərazisində qış fəslinə xas olmayan mülayim isti hava şəraiti müşahidə olunur.

Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, hazırda cənub istiqamətli axınların təsiri ilə Bakıda və Abşeron yarımadasında 23, rayonlarda isə 22 dərəcəyədək isti qeydə alınır.

İsti havanın hələ bir müddət də davam edəcəyi proqnozlaşdırlır.

Qeyd edək ki, belə hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

Kənd təsərrüfatı ekspertləri isə bildirir ki, havaların bu dərəcə anomal – isti keçməsi yaxşı əlamət deyil. Bu, hər şeydən əvvəl kənd təsərrüfatı sahəsinə mənfi təsir göstərir. İsti havalarda zərərvericilərin sayı durmadan artır, müəyyən məhsulların yetişdirilməsi və istehsalına, meyvə və tərəvəzlərin keyfiyyətinə mənfi təsir edir.


Abunəlik