Qərbin Ukraynada çevriliş planı: bu tarixdən…
Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski bildirib ki, Qərb dövlətləri 2000-ci illərdən Ukraynada dövlət çevrilişinə hazırlaşır.
Siyasətçi Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsini şərh edib.
Moskva ilə Kiyev arasında münaqişə, parlamentariyə görə, dövlət çevrilişi nəticəsində yaranıb.
Vodolatski onu da vurğulayıb ki, Kiyev bu məqsədə 2000-ci ildən, milyarder Corc Soros və komandası Ukraynada uşaq düşərgələri yaratmağa və uşaqlar vasitəsilə “nasist ideologiyasını onların beyinlərinə yeritməyə” başladığı vaxtdan bəri irəliləyir.
Deputatın sözlərinə görə, bu işin nəticəsi 2014-cü il hadisələri olub.