Qazaxıstanlı deputat: Məntəqələrin bir çoxunda oldum, qayda pozuntusuna şahidlik etmədim

Baxılıb:134
Qazaxıstanlı deputat: Məntəqələrin bir çoxunda oldum, qayda pozuntusuna şahidlik etmədim

“Hesab edirəm ki, bu seçkinin tarixi əhəmiyyəti var”.

Bunu Qazaxıstan parlamentinin üzvü deputat Aidos Sarym Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

O bildirib ki, seçkinin bütün Azərbaycan ərazisində keçirilməsi bunun ən böyük əhəmiyyətlərindən biridir.

“Düşünürəm ki, bundan sonra hər kəs Qarabağın bərpası və sülh sazişinin bağlanması istiqamətində işləməlidir. Mən dünən məntəqələrin bir çoxunda şəxsən oldum. Heç bir qayda pozuntusuna şahidlik etmədim. Üstəlik, insanların seçkidə fəallığı nəzərə çarpırdı”, – o deyib.


Abunəlik