“İlk dəfə seçkilər Qarabağda da baş tutacaq”

Baxılıb:131
“İlk dəfə seçkilər Qarabağda da baş tutacaq”

Rusiyanın “Birinci kanal” federal televiziya kanalında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri barədə reportaj yayımlanıb.

Reportajda seçki məntəqələrinin səsverməyə hazır olduğu bildirilib. Xüsusi vurğulanıb ki, bu il ilk dəfə seçkilər Qarabağ da daxil olmaqla, Azərbaycanın bütün ərazisində baş tutacaq.

Süjetdə Qarabağda, o cümlədən Zəngilan rayonunun Ağalı kəndində aparılan yenidənqurma-bərpa işlərindən, seçki məntəqələrinin texniki təchizatından da söhbət açılıb.


Abunəlik