Ukraynaya xəbərdarlıq edildi: Rusiyanın genişmiqyaslı hücumu başlayır

Baxılıb:153
Ukraynaya xəbərdarlıq edildi: Rusiyanın genişmiqyaslı hücumu başlayır

Ukrayna, münaqişə başlayandan bəri Rusiyanın ən mürəkkəb və genişmiqyaslı hücumu ilə üz-üzədir, Kiyevin resursları və Qərbin yardımı əhəmiyyətli dərəcədə azalır. 

Bu barədə Kiyev Qlobal Strategiyalar İnstitutunun direktoru Vadim Karasev xəbərdarlıq edib.

Belə ki, politoloq Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəisi Kirill Budanovun Ukrayna Silahlı Qüvvələrinin (AFU) yazda hücuma keçəcəyi ilə bağlı bəyanatını şərh edib: 

“Rusiyanın hücumu bitməyib, tükənməyib. Bu hücum başlayacaq. Bizim iki-üç ayımız var – cəbhədəki vəziyyət baxımından Ukrayna üçün ən təhlükəli aylar”. 

Karasev əlavə edib ki, ölkə təkcə döyüş meydanında çətinliklərlə deyil, həm də daxili siyasi böhran, Qərbin cüzi yardımı fonunda resursların tükənməsi ilə üzləşib. 

Yanvarın 31-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, ukraynalı hərbçilər yazda Rusiyanın istehkam ərazilərinə hücuma keçəcəklər.

“Biz hərəkət edirik, düşmən hərəkət edir. İndi növbə onlarındır. Onlar bitirəcək, sonra növbə bizə çatacaq”, – Budanov bildirib.


Abunəlik