Coşqun Cəbrayılov küləyi – Səkilər belə dağıdılır -VİDEO
Coşqun Cəbrayılov küləyi – Səkilər belə dağıdılır -VİDEO
Bura Nizami rayonu Bəhruz Nuriyev küçəsindəki səkidir. O səki ki, onun təmiri üçün dövlət büdcəsindən xeyli pul ayrılıb. O səki ki, sadə insanların rahat hərəkət etməsi üçün salınıb. Amma hal-hazırda səki günün günorta çağı dağıdılaraq yerində obyekt tikintisi aparılır. Səmimi söhbət əsnasında ərazidə tikinti aparan ustalar bildirdi ki, burada yay restoranı tikilir. Çəkiliş başlayan kimi tikintiyə rəhbərlik edən şəxs bildirdi ki, küçəni abadlaşdırırlar. Qısa müddət öncə dövlət tərəfindən abadlaşdırılmış səkini dağıdaraq bərbad günə qoyan bu şəxslər hansı abadliqdan danışır? Səxsi hesaba səki abadlaşdırma üçün icazə hansı qurumdan alınıb?
AzTimes.az saytının sorğusu əsasında Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları əraziyə gələrək ərazidə xəsar görmüş ağacları qeydiyyata götürərək tədbirlər görməyə başladılar.
Məsələ ilə bağlı Nizami rayon icra hakimiyyətinə müraciət etdik. Nizami rayon ictimaiyyətinin sektor müdiri Cavid Qafarov həmişə olduğu kimi icra hakimiyyətinin əməkdaşlarının əraziyə yaxınlasacağını bildirdi. Orada üç saata yaxın gözləsək də nə Cavid Qafarov zəngimizi açdı, nə əraziyə nümayəndələr gəldi, nə də icra hakimiyyətində daxili zənglərə cavab verildi.
Pərvin Abısova/AzTimes.az/