DİQQƏT! Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir

Baxılıb:305
DİQQƏT! Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir

AzTimes.az xəbər verir ki, Yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib.

Tədbirdən öncə Baş Prokurorluğun Kollegiya üzvləri ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi, Ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad edib.

Geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib.

Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.

*Baş prokuror: prokurorluq orqanları tərəfindən 76,5 milyona yaxın məbləğdə ziyan ödətdirilib, 44,5 milyona yaxın məbləğdə əmlak üzərinə həbs qoyulub*Xəbər verildiyi kimi, yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Geniş Kollegiya iclası keçirilib.Geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib.Baş prokuror bildirib ki, 2023-cü ildə prokurorluq orqanları tərəfindən 76 milyon 223 min 179 manat məbləğində ziyanın ödənilməsi təmin edilib. Həmçinin, əlavə edilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 7 milyon 491 min 995 manat məbləğində pul vəsaiti ödənilib, 44 milyon 344 min 204 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.

Baş prokuror: 2023-cü ildə əvvəlki illərdən bağlı qalmış 10 qəsdən adam öldürmə cinayətinin üstü açılıb*Xəbər verildiyi kimi, yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Geniş Kollegiya iclası keçirilib.Geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib.Baş prokuror bildirib ki, hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 44 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilibKollegiya iclasında vurğulanıb ki, 2023-cü ildə daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış Əlavə edilib ki, 2023-cü ildə əvvəlki illərdən bağlı qalmış 10 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.Bununla da, 1 may 2020-ci il tarixdən hazıradək isə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 37 qəsdən adam öldürmə cinayəti açılıb.

Baş prokuror: 2023-cü ildə 58 şəxs Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olub**Baş prokuror: 2023-cü ildə 58 şəxs Ermənistanın mina terrorunun qurbanı olub*Xəbər verildiyi kimi, yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib.Geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib.Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.Baş prokuror bildirib ki, 58 şəxs 2023-cü ildə mina və hərbi sursat partlayışlarının qurbanı olub. Əlavə edilib ki, 19 nəfər həlak olub, 39 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Baş prokuror, həmçinin, qeyd edib ki, 342 şəxs 2020-ci ilin noyabr ayından hazırki vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 65-i həlak olub, 277 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

*Kamran Əliyev: Separatçıların Azərbaycan məhkəmələri tərəfindən mühakimə olunması təmin olunacaq*Uzun illərdir Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə, şəxsiyyət əleyhinə, habelə digər ağır və xüsusilə ağır cinayətlər törətmiş separatçılar lokal xarakterli antiterror tədbirləri çərçivəsində və sonrakı müddətdə saxlanılıb.Bunu Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.O bildirib ki, saxlanılan separatçıların Azərbaycan məhkəmələri tərəfindən mühakimə olunması təmin olunacaq.


Abunəlik