Balakəndə narkomaniyanın fəsadları ilə bağlı maarifləndirici tədbir keçirilib

Baxılıb:171
Balakəndə narkomaniyanın fəsadları ilə bağlı maarifləndirici tədbir keçirilib


Anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə polis əməkdaşları tərəfindən təhsil müəssisələrində aparılan maarifləndirmə işləri davam etdirilir. Bu istiqamətdə növbəti tədbir Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Qazma kənd 2 saylı orta məktəbdə keçirilib.
Tədbirdə çıxış edən polis şöbəsinin rəis müavini Elxan Zamanov “ağ ölüm”ün cəmiyyətdə yaratdığı fəsadlar, insanların sağlamlığına vurduğu zərərlər barədə məlumat verib. O, gənc nəslin sağlam böyüməsində ən vacib amillərdən birinin də narkomaniya ilə mübarizə və onun profilaktikası olduğunu iştirakçıların diqqətinə çatdırıb.


Daha sonra çıxış edənlər də ölkəmizdə narkomaniyaya qarşı aparılan qətiyyətli mübarizədən söz açıb və məktəbliləri maraqlandıran sualları cavablandırıblar.


Abunəlik