TƏCİLİ! Aclıq aksiyası keçirən jurnalistin həbsxanada halı pisləşdi

Baxılıb:357
TƏCİLİ! Aclıq aksiyası keçirən   jurnalistin həbsxanada halı pisləşdi


AzTimes.az xəbər verir ki,  10 yanvar 2024- cü il tarixdə müstəqil jurnalist sarkazm.az saytının redaktoru Zaur Qəmbərovun məhkəmə prosesi keçirilib.   26 dekabr 2023-cü il tarixindən   ona qarşı tətbiq edilən həbs qəti imkan tədbiri ədalətli saymayan, ,bu həbsin sifarişli olduğunu hesab edərək Gəncə 2 saylı saxlama təcridxanasında aclıq aksiyasına başlayan Zaur Qənbərov məhkəməyə gətirilsə də  onun verilən sualların heç birinə cavab verməyə halı olmayıb. Yaxınları bildirir ki, vəziyyəti günü -gündən  pisləşən jurnalisti  aksiyanı dayandırmağa heç kəs razı sala bilmir.
Qardaşı  Elməddin Qəmbərov AzTimes.az-a bildirib ki, qardaşının çəkisi 86 kq- dan 65-ə düşüb. Qan təzyiqi isəl həmişə 120/60 olduğu halda, hal-hazırda 80/60-dır. Zaur Qəmbərov ona  qarşı ədalət təmin olunmasına, aksiyanı dayandirmayacağını bildirib.


Abunəlik