Binəqədi rayonunda ağaclar niyə kəsilir? -Rəsmi AÇIQLAMA

Baxılıb:353
Binəqədi rayonunda ağaclar niyə kəsilir? -Rəsmi AÇIQLAMA

Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində uzun müddətdir hasara alınmış böyük yaşıllıq ərazidə qanunsuz tikinti işlərinə artıq başlanılıb. Ərazinin yeganə yaşıllığı olan meşəlik məhv olmaq üzrədir. Sakinlərin israrlı müraciətlərinə baxmayaraq sözügedən yerdə açıq-aşkar ağaclar məhv edilir, tikinti işləri aparılır.

Bu barədə görüntüləri tribuna.az saytı yayıb. Xəbərdə bildirilir ki, sakinlərin narazılığına və etirazına baxmayaraq aidiyyəti qurumlar heç bir tədbir görmür. Əvvəl ərazi dəmir hasara aınmış və ağaclar gizli formada məhv edilərək kəsilirdi. İndi isə daş hasar hörülür, əraziyə texnika cəlb edilib və tikinti işləri aparılır. Sakinlər bildirir ki, tikintini kimin apardığı, ərazidə hansı işlərin görüldüyü ilə bağlı heç bir məlumat yoxdur, bununla bağlı lövhə də yerləşdirilməyib. AzTimes.az saytı olaraq sözügedən yerdə tikintiyə icazə verilib verilməməsi ilə bağlı Binəqədi rayon icra hakimiyyətindən mövqe öyrənməyə çalışdıq. Qurumdan bildirildi ki, sözügedən ərazidə Bakı şəhəri Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 114 ünvanında yerləşən Baş Prokurorluğun balansında olan 0,9ha ərazinin əsas sahəsində park yaradılmaqla prokurorluğun yeni inzibati binasının tikintisinə başlanılıb.



Abunəlik