“Yeniyetmə qızların liderlik və motivasiya məktəbi” nin Naxçıvan səfəri davam edir
AzTimes.az xəbər verir ki,”Azərbaycan Uşaqları” İctima Birliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında “Yeniyetmə qızların liderlik və motivasiya məktəbi” layihəsinin 2 ci günü davam edir.
Layihə çərçivəsində AUİB-nin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində reabilitasiya keçən 11 nəfərdən ibarət həssas qrupdan olan liderlər qızlar Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəliyinin mətbuat katibi Günay Malikqızı, Naxçıvan MR Ali Məclisinin deputatı ,əməkdar həkim Yazgül Rzayeva və Azərbaycan Respublikası Naxçıvan MR İnsan hüquqları üzrə müvəkkili Günay Rzayeva ilə görüşüb.Görüşdə rəhbər şəxslər uşaq hüquqları,liderlik bacarıqlarının artırılması istiqamətində iştirakçıları ilə fikir mübadiləsi aparıb.
Görüşün yekununda iştirakçılar əl işlərindən ibarət tablonu Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəliyinə hədiyyə edilməsi üçün mətbuat katibinə təqdim edib.