Sıgınacağın təşkilatçılığı ilə təmir olunan bağça istifadəyə verildi
AzTimes.az xəbər verir ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı, Ağaoğlu Araşdırmalar Birliyinin maddi dəstəyi ilə Füzuli rayonu Qayıdış 3 saylı qəsəbə 7 saylı körpələr evi-uşaq bağçasının bərpa təmir işləri uğurla yekunlaşmışdır.Uşaqların yeni rekonstruksiya və təmir olunmuş binası yenidən istifadəyə verilib.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçən uşaqlar baxçanın qonağı olub.Gün boyu uşaq sığınacağının uşaqları bağçadakı kiçik dostları ilə bilik və bacarıqlarını bölüşüblər.Baxçanın foyesində Türk dünyasının ilk qadın hüquqşunas vəkili Sürəyya Ağaoğlunun fotogüşəsi yaradılıb.