Əhaliyə kommunal xidmətlərlə bağlı ŞAD XƏBƏR

Baxılıb:177
Əhaliyə kommunal xidmətlərlə bağlı ŞAD XƏBƏR

Dövlətin dəstək proqramları çərçivəsində kommunal xidmətlərin limiti artırılacaq və sərnişindaşımada sistem əhəmiyyətli müəssisələr – AZAL, BNA, Metropoliten, dəmir yolu və s. qurumlara da dəstək veriləcək.

AzTimes.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib.

“Bundan başqa dövlət sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyilə İşçi qrupu da bu yaxınlarda müvafiq təkliflərini təqdim edəcək”, – V.Qasımlı qeyd edib.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir