DİN Qəbələdə azyaşlının döyülməsi məsələsinə münasibət bildirdi

Baxılıb:661
DİN Qəbələdə azyaşlının döyülməsi məsələsinə münasibət bildirdi

Sosial şəbəkələrdə Qəbələdə polisin uşağı qəddarcasına döydüyünü əks etdirən videogörüntülər yayılıb.Məlum olub ki, polis zorakılığına məruz qalan uşağın cəmi 12 yaşı var. Polisin yerdə təpiklədiyi Dəniz Ağayevin 12 yaşı dekabrın 2-də tamam olub.Uşağın özü ilə yanaşı, atası və əmisi də xüsusi qəddarlıqla döyülüb. Onların hər ikisinin hazırda Qəbələ rayon Polis Şöbəsində saxlandığı, işgəncəyə məruz qaldığı bildirilir.”Dənizin atasını polislər aparanda uşaq ağlayıb. Görəndə ki, atasını vəhşicəsinə döyürlər, sürüyürlər, uşaq daş atıb. Daş atdığına görə uşağı təpiklərinin altına salıblar, yerdə sürüyüblər. Hazırda uşağın da, atası ilə əmisinin də vəziyyəti yaxşı deyil”, – mənbə bildirib. Nəzərinizə çatdıraq ki məlumatı Azadlıq Qəzeti yayıb.

Məsələ ilə bağlı DİN mətbuat xidməti məlumat yayıb.

Polis nəfəri ilə vətəndaş arasında olan insident araşdırılır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov AzTimes.az -a bildirib ki, hadisə dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.

Yeniləndi

Yeniyetməyə şiddət göstərən #polis işdən çıxarıldı DİN: Dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb. O saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər. Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.


Abunəlik