DİN sözçüsüdən xəbərdarlıq:”Diqqət: Təhlükə var!”

Baxılıb:334
DİN sözçüsüdən xəbərdarlıq:”Diqqət: Təhlükə var!”

AzTimes.az xəbər verir ki, bu barədə DİN mətbuat xidmətinin rəhbəri polis podpolkovniki Elşad Hacıyev şəxsi “Facebook” hesabında paylaşim edib. Sitatı olduğu kimi sizlərə təqdim edirik:

Sosial media başqaları ilə ünsiyyət qurmaq üçün faydalı və əyləncəli vasitə ola bilər. Ancaq risklər var. Əsas kiber risklərdən biri təhlükənin mövcud olmadığını düşünməkdir. Bu riski düşünməyənlər tək talamaya məruz qalmır, həm də cinayətin tərəflərindən birinə çevrilir. İnformasiya texnologiyalarından istifadə edilməklə bu il yanvar-oktyabr ayları ərzində törədilən 839 cinayətin açılması DİN əməkdaşları tərəfindən təmin edilib. Hər bir açılan cinayətin araşdırmaları təsdiq edir ki, riskdən heç kim sığortalanmayıb. Diqqət: Təhlükə var!


Abunəlik