Jurnalist Cəmil Məmmədlinin növbəti məhkəmə prosesi keçirilib

Baxılıb:244
Jurnalist Cəmil Məmmədlinin növbəti məhkəmə prosesi keçirilib

AzTimes.az xəbər verir ki,bu gün araşdırmaçı jurnalist Cemil Memmedli nin növbəti məhkəmə prosesi keçirilib.

Cəmil Məmmədli yalnız ona qarşı irəli sürülən 3-cü – CM -nın 221 ci maddəsilə özünü qismən təqsirli bilib

Növbəti məhkəmə prosesi 21 dekabr saat 14:00 da olacaq.

Xatırladaq ki, jurnalist Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.

Jurnalist ittihamların qondarma olduğunu bildirir…


Abunəlik