Oğuz və Şamaxıda vəzifəli şəxslər barəsində protokol tərtib olundu
Sanitar-gigiyena qaydalarının pozulmasına görə Oğuz və Şamaxıda vəzifəli şəxslər barəsində protokol tərtib olunub
Oğuz və Şamaxı rayonlarında sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi tələblərinin daha da gücləndirilməsi məqsədilə polis, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən birgə növbəti tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı Oğuz rayonunun Yemişənli, Şamaxı rayonunun Çuxuryurd kəndləri ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.
Aşkar edilmiş faktlarla bağlı vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.
Bu kimi halların qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
AzTimes.az