Şəhid anası jurnalistlərə hücum etdi,qanunsuz tikinti kimə məxsusdur-VİDEO

Baxılıb:265
Şəhid anası jurnalistlərə hücum etdi,qanunsuz tikinti kimə məxsusdur-VİDEO

QURUMLAR TƏSTİQLƏDİ Kİ, QARDAŞI VƏ OĞLU İLƏ BİRLƏŞƏRƏK ƏRAZİNİ MUDAFİƏ EDƏN ŞƏHİD TAHİR QASIMZADƏNİN ANASINA BU ƏRAZİDƏ TİKİLƏN TİKİNTİYƏ HEC BİR AİDİYYATI YOXDUR.

Görmüş olduğunuz Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində R .Zülfüqarov 4 ünvanıdır. Ərazidə yaşayan sakinlər bizə məlumat verdilər ki, böyük bir iş adamı burada 40 a yaxın yaşı olan ağacları təhlükə altında qoyaraq obyekt tikintisinə start verib. Hadisə yerinə gəldik, və gördük ki, ağacları həndəvəri qazılaraq təməl atma işinə başlanılıb. Fəhlələrlə həmsöhbət olduq. Bildirdilər ki, ərazidə dükan tikilir. Dükanın tikintisinin xərcləri isə Samir adlı şəxs tərəfindən onlara ödənilib. Tikinti surətlərinin üstündə, ərazidən keçən qaz borusunun altında ,yaşıllıq ərazinin məhv edilməsinə hesablanaraq başladıldığı üçün biz Bakı şəhər icra hakimiyyəti, Suraxanı rayon icra hakimiyyəti, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Suraxanı rayon polis idarəsinə məlumat verərək əraziyə dəvət etdik. Nə sirri Xuda idisə, yol kənarında günün günorta çağı aparılan qanunsuz tikintidən heç Qaraçuxur bələdiyyəsi və icra nümayəndəliyinin də xəbəri yox imiş. Təcili söküntü başladı . Elə bu zaman videoda görmüş olduğunuz bu xanım, meydana çıxaraq media nümayəndələrini və ərazidə söküntü aparan işçıləri daşqalaq etməyə, ağır söyüşlərlə təhqir etməyə başladı. Qadının atdığı daşlardan biri mənə və həmkarıma dəydi. Səkidə dayanan maşınlar xətər gördü. Yenə köhnə metod işə düşdü. Guya tikilən obyekt xanımın gəlininə tikilir. Amma ondan bir müddət öncə özünü şəhidin qardaşı kimi təqdim edən gənc icra başcısı Əziz Əzizov un qardasının daman məzarını təmir etdirməməsindən şikayətçi idi ki, bizə pul vermir. Çox maraqlıdır, məzar üçün pul vermədiyi iddia olunan başçı necə olub ki, qəsəbənin mərkəzində bunlara obyekt yeri verib?Polis qadını ərazidən uzaqlaşdırmasaydı, hələ çox biyabirçilıqlara yol açılacaqdı. Əziz şəhid anaları, siz başımızın tacısınız. Xahiş edirəm, balalarınızın adını belə ucuz işbazlara görə dillərə salmayın. Onların qəpik-quruşu başlarına dəysin. …
Qanunsuz tikinti söküldü. Məsələyə operativ reaksiya verdiyi üçün Suraxanı Rayon İcra Hakimiyyəti , Suraxanı RPİ, Fövqəladə Hallar Nazirliyi , Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə öz dərin təşəkkürümü bildiririk.


Abunəlik