Daxili işlər orqanlarının əməkdaşları 8 Noyabr – Zəfər Günü ilə əlaqədar ağac əkiblər

Baxılıb:180

8 Noyabr – Zəfər Günü ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçiriblər.

Əvvəlcə polis əməkdaşları və hərbi qulluqçular boş qalmış ərazidə abadlıq və təmizləmə işləri aparıblar. Sonra yerli iqlimə uyğunlaşdırılmış şam və zeytun tinglərini xüsusi aqrotexniki qaydada qazılmış yerlərdə əkib, onların suvarılmasını təmin ediblər. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırıblar.

Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcəkdir.


Abunəlik