Bakıda hamamdan 4400 manat oğurlandı
Bakı sakininin pulu oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 16-da rayon ərazisində yerləşən hamamdan 4400 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini H.Eyvazov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.