Salyanda təzə doğulmuş körpə küçəyə atıldı

Baxılıb:159
Salyanda təzə doğulmuş körpə küçəyə atıldı

AzTimes.az xəbər verir ki, sentyabrın 12-də səhər saat 5 radələrində Salyan Rayon Polis Şöbəsinə rayonun Qarabağlı kəndi ərazisində yeni doğulmuş körpənin yol kənarına atılması barədə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və körpə Salyan rayon TTYS-nin tibb personalına təhvil verilib.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalara başlanılıb.


Abunəlik