Bakıda çayxana yandı
Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 100 m² olan obyektin (çayxana kimi fəaliyyət göstərir) mətbəxində 1 ədəd soyuducu və elektrik sayğacı yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib və sanitar qovşağının 1 ədəd plastikdən ibarət qapısı qarsalanıb.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.