Toydan bir gün sonra ərindən BOŞANDI
ABŞ-da toyda tort zarafatı bir gün sonra boşanmaya səbəb olub.
Bu barədə “The Mirror” nəşri yazıb.
Məlumata görə, 27 yaşlı qız sevdiyi oğlanla 3 il münasibətdə olub. O, toydan əvvəl oğlandan xahiş edib ki, tort atma zarafatını təkrar etməsin. Eyni zamanda qız oğlana xəbərdarlıq edib ki, əgər belə etsə, münasibətləri bitəcək.
Lakin bəy sevgilisinin istəyinə məhəl qoymayıb və toy günü onun üzünə tort atıb. Qəzəblənən gəlin yaxınlarının israrına baxmayaraq, dərhal şənliyi tərk edib və səhər boşanma qərarını açıqlayıb. Gəlinin bu qərarı yüksək qalmaqala səbəb olub. Bəyin barışmaq cəhdi baş tutmayıb.