Kağız stəkanlar ZƏRƏRLİDİR? – Alimlər araşdırdı

Baxılıb:247
Kağız stəkanlar ZƏRƏRLİDİR? – Alimlər araşdırdı

Ekoloji cəhətdən təmiz hesab edilən kağız kofe stəkanları plastik olanlar qədər insan və ətraf mühit üçün zərərlidir.

Araşdırmanın nəticələri “Environmental Pollution” jurnalında dərc olunub.

Qeyd olunub ki, təhlükə stəkanların suya davamlı olması üçün istifadə edilən nazik materialdan qaynaqlanır.

Aşkar edilən kimyəvi maddələrə alov gecikdiricilər, plastifikatorlar və ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin zəhərli hesab etdiyi yuyucu nonilfenol daxildir.

Alimlərin fikrincə, bu maddələr xəstəliklərə səbəb ola bilər.


Abunəlik