Yeddi ay əvvəl vəzifəyə təyin edilən şəxs işdən çıxarıldı
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun inzibati məsələlər üzrə müavini Ruslan Əliyevin işinə xitam verilib.
O bu ilin fevral ayında həmin vəzifəyə təyin edilmişdi.
Qeyd edək ki, R.Əliyev Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri, Nizami rayon şöbəsində Pensiya sektorunun müdiri vəzifəsindən azad edilərək bu vəzifəyə təyinat almışdı.