Bakıda gənc qızı avtomobil vurub
Bakının Nizami rayonunda bir nəfəri avtomobil vurub.
Hadisə metronun “Neftçilər” stansiyasının yaxınlığında qeydə alınıb.
2001-ci il təvəllüdlü Alsu Məmməd qızı Qaraxanova yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.