“Gilan Holding” ləğv edildi
Bu ilin may ayına qədər “Gilan Holding” MMC adlanan “Xəzri Solutions” MMC (VÖEN: 1400725191) könüllü ləğv edildiyini elan edib.
Şirkət kreditorlara müraciət edərək 60 gün ərzində ona qarşı tələblərini bildirmələrini istəyib.
Xatırladaq ki, iyul ayında “Xəzri Solutions” MMC altı şirkətlə – (“Opsion” MMC (VÖEN: 1802990061), “Divident” MMC (VÖEN: 180299019), “Reform Ko” MMC (VÖEN: 1803044271), “Alqoritm.Az” MMC (VÖEN: 4401042371), “Veksel” MMC (VÖEN: 4401042241) və “Dempinq.Az” MMC (VÖEN: 1802989821) birləşmə yolu ilə yenidən təşkil olunduğunu elan etmişdi.
Bu şirkətlərin hamısının direktoru Mübariz Hüseynovdur.
“Gilan Holdinq” MMC 2016-cı ilə qədər “Gilan Holdinq maliyyə-sənaye qrupunun əsas şirkəti” MMC adlanırdı.
2022-ci ilin iyul ayında şirkətin nizamnamə kapitalının həcmi 98,5 milyon manatdan 100 manata endirilib.